Saqif Qaratorpaq - Nə var əlimizdə axı?!

Ədəbiyyat 07:45 / 13.09.2025 Baxış sayı: 3047

Nə var əlimizdə axı?!

bir ürəkdi,bir göz yaşı.

Yenə qara gözlərinə

dəm tutub payız yağışı...

 

Deyirsən bizə düşmədi

bəlkə bu ilin ayağı...

Xəbərin yox,unutmusan

saçlarını daramağı.

 

Bilmirəm,nə deyim sənə,

söz də qanadır yaranı.

Görüşə bilmədik...heyif...

gör kimlər kəsdi aranı...

 

Nə biləsən,dərd üstünə

dərd gətirər bu məhəbbət.

Sən dərdinə aşkar ağla,

mən sənə...hamıdan xəlvət.