Kəramət : - Yox,Yox, bir də Yox

YAZARLAR 08:26 / 19.09.2024 Baxış sayı: 362

Yox,Yox, bir də Yox

...insanı həmişə göy xilas edib, bu yanaşma heç də MİFolojidən, KOsmonojidən, Aııahı göydə aramaq qavrayışı deyil.

Necə ola bilər ki, İnsan hər şeyi GÖYdə arasın?

Mifdə də,ortaçağda da, sənayeləşmədə də (neçənciolursa,olsun) ,elmin yerdən göyə köçməsində-kosmik gəmilərdə,uyduda ,Gələcəyi də, bugünü də,Mifolojisi də GÖYlə bağlı?

Heç zaman təsadüflərə inanmamışam. İNANMIRAM da.

Hərdən mənə elə gəlir ki, bizə verilmiş rolu-yəni öz rolumuzu oynamadığımızdan faciələrlə qarşılaşırıq.

Özümüzdə əvəzsizik, Özümüz olduqca varıq, özümüzü gəlişdirmədikcə əriyir, çürüyürük.

Normalda hər ağac, quş, siçovul özüylə məşğul olar, İKİAYAQLI isə hər işlə məşğul, özündən savayı.

İnsan yeganə varlıqdı ki, Ona verilmişdən kənara çıxır, harmoniyanı pozur. Özünü aşa bilməyən, özünün dərinliklərinə, ən ən uzaqdakı özünü mənimsəyib dərk etmədikcə nəfsinin işğalına təslim olur.

HƏRŞEY OLMAQ CƏHDLƏRİ HEÇNƏ OLMAMAQDAN QAYNAQLANIR.

BAŞQASININ, TƏBİƏTİN ÜZƏRİNDƏ HÖKMÜRƏVAN OLMAQ İSTƏYİ GÜCSÜZLÜK ƏLAMƏTİDİR.

DƏNİZ YENƏ DƏNİZDİR,

DƏNİZ YENƏ TƏMİZDİR.,

-Əli Kərimindi ,mənası-məzmunu bu ki, Dənizə hansı zibili atsan, dəniz öz saflığını -duruluğunu qoruyacaq, qoruyacaq...

İndi elə bir ədəbi dövr ki, ƏDƏBİ DƏNİZ O QƏDƏR ÇİRKLƏNİB Kİ, saf-duru, İSTEDADI, DİRİLİK suyu qəbul etmir.

Di sağlıqla qal.

Əzizi Əli Kərim, indi dəniz , saf-duru olanı sahilə atır.

Возможно, это изображение 5 человек, люди играют в гольф, поле для гольфа и текст