Müşfiqə Baləddinqızı : - İtirdin

Ədəbiyyat 12:01 / 12.08.2025 Baxış sayı: 1940

Yarı canım qalmışdı

Titrəyirdim üstündə

Sən mənim ən qayğıkeş

"Dəm"lərimi itirdin

 

Qurulu taxt kimiydi

Gözümdəki arzular

Sən mənim süqut olan

"Ən"lərimi itirdin

Ruhum günəş kimiydi

Toplanmışdı gözümdə

Səpələdin, dağıtdın

"Cəm"lərimi itirdin

Xülasə, çox qazancın

Baxıram ki, qalmayıb

Həm mənimlə, həm mənsiz

"Gün"lərini itirdin...

Müşfiqə Baləddin