Fəridə  Ləman: - Ölüm adlı oğru...

Ədəbiyyat 09:30 / 04.04.2025 Baxış sayı: 1091

 

Mən bir

dəmirağacıyam,

yanıb- yanıb

qor salmışam,

Baxma ki,

kül altında

qalmışam.

Üfursən

görəcəksən,

Mən zaman -zaman

közərəcəm.

Mənim küləkdən

yelpiyim var,

Min ocaq alışdıracaq

Gücüm var.

Mənim yerə-göyə

ip ucum var...

Mən alışsam

Günəşə boy verəcəm,

Ayaq üstə duracam.

Qulağı batmış yerin

Köksünü sıxacam.

Sinəsi bir də qalxmasın,

Türkün günahsız qanı

axmasın.

Şələm ağır,yüküm çox,

Amma kimsədən

Qorxum -

Hürküm yox.

Torpaq tökülmüş

gözlərdən qorxuram,

Dodaqlarda qaysaqlayıb

yarımçıq qalmış

sözlərdən qorxuram .

Qorxuram torpağa

hopmuş gülüşlərdən,

Vaxtsız gedişlərdən...

Orada sızlayan

ağrı var,

Bir də ölüm adlı

oğru var...