Elnur Uğur Abdiyev : - Ayağım altında yer...

Ədəbiyyat 09:43 / 22.03.2025 Baxış sayı: 730

Ayağım altında yer,

Başımın üstündə göy.

Dünyanın paytaxtıdır,

Tanrım, yaşadığım köy.

 

Qapısı haqqa baxır,

Pəncərədən eşq axır.

Gör nə sevgi yaşadır,

Mənim yaşadığım öy!

 

Öpür səhər qapımı,

Bu kişi, ər qapımı

Döysən əgər qapımı,

Açaram,kişitək döy.