Xatirə Rəhimbəyli: - Salam olsun!
“Bizim üçün xeyir-dua
Qılanlara salam olsun..”
Yunis İmrə
Doğulub bir mələk kimi,.
kövrək qəlbi ləçək kimi...
Məhəbbəti çiçək kimi
solanlara salam olsun!
Küyə gedib, felə düşüb,
eşqi əldən-ələ düşüb,
yorğun ruhu yola düşüb
qalanlara salam olsun!
Kim gedir yolu sonacan –
ona qurban bu baş, bu can!
Həsrətdən ürəyi şan-şan
olanlara salam olsun!...