İmam Cəmilli : - Gəlmişəm
Dolub--boşalmışam Kəlbəcər sənsiz,
Dağlarda olarmı dumansız çənsiz.
Pərişan olmuşam doğma Vətənsiz,
Şair qəlbin ovutmağa gəlmişəm,
Evimizə qayıtmağa gəlmişəm.
Bu ayrılıq aylar çəkdi il oldu,
Göz yaşımız axdı , axdı göl oldu.
Ayrılıqdan çoxu yandı kül oldu,
Ürəyimi, soyutmağa
gəlnişəm.
Evimizə qayıtmağa gəlmişəm.
Üz sürtürəm, torpağına daşına,
Canım qurban mənsiz keçən yaşıma.
Xudam, ziyarətıim gəlsin xoşuna,
Dərdlərimi dağıtmağa kəlmişəm,
Evimizə qayıtmışam gəlmişəm.
Dağlar bizdən küsüşmüşdü barışdi
Tərtər çayım İstisuyum danışdı,
Dərdim sərim sevcimə qarışdı,
Ağrilarmı azaltmağa, gəlmişəm,
Evimizə qayıtmağa gəlmişəm
Cəmilli nəyin var gözünə təpir,
Suyu torpağını başına səpir,
Tamarzı-tamarzı nə görsə öpür,
Xoş günləri ayltmağa gəlmişəm,
Evimizə qayıtmağa gəlmişəm.
21 07 2022