Hakan Fidan fransalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

DÜNYA 15:15 / 03.04.2025 Baxış sayı: 1254

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.

Yenises.az  Adalet.az-a istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar:

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.