Xatirə Rəhimbəyli : - Çıxarmışam ...

Qoymamışam ölə bu ulu sevda ,
Bu günə gətirib sağ çıxarmışam .
Daşıya bilmirdi Sizif bir daşı ,
Mən dağın üstünə dağ çıxarmışam ...
Neynək ,itirdilər bu haqqı-sayı ,
Qəlbim sinıq-sökük haqdan dolayı ...
Dərdini almışam, dünya, havayı ,
Köksündən o qədər ah çıxarmışam ...
Fələk , nə vecinə mənim savaşım ,
Dərdim oyuncaqdı ,qatılır başım .
Belə ömrü boyu yuyub göz yaşım ,
Gecəni səhərə ağ çıxarmışam ...
10. 06. 2014. sübh .