Xatirə Rəhimbəyli : - Bilginən .

Bu dünyadan küsən cığal könlümün
Gülən yeri də var ,bir sən bilginən .
Görüb-görəcəyim saflar icində ,
Təkcəsən ,bircəsən ,birsən ,bilginən
Bir ömür gözümə kədər yığmışam ,
Bu boyda dözümlə daşam ,dağmışam .
Mən nə boydayamsa ,sənə sığmışam ,
Sən açılmaz tilsim ,sirsən ,bilginən .
Sevincim ,mən səni çalım dünyadan ,
Him elə ,öcümü alım dünyadan ,
Bu qəvi taledən ,zalım dünyadan
Qaçıb qısıldığım yersən ,bilginən .