Xanım İsmayılqızı : -Tək bayraq dalğalanır,

Tək bayraq dalğalanır,
Dayanıbdı yüksəkdə.
Təkbaşına dolanır
Ətrafında külək də.
Zirvənin bəzəyidir
Bu bayrağın üç rəngi.
Möhtəşəmlik rəmzidir
Bu qürurlu ahəngi.
Yaşılında dirilik,
Qırmızısında qan var.
Göyündə göylər qədər
Böyük bir asiman var.
O, böyük bir millətin
Azadlıq nəfəsidir.
Sancıldığı hər zirvə,
Öz xalqının səsidir.
Baş qoyub, and içməyə,
O, Qurana tən gəlir.
Tək bayrağın ardınca,
Bu Ana Vətən gəlir.