Xanım İsmayılqızı: Kibrit çöpünə bənzər - adamdı - ayaq üstə...

Ədəbiyyat 11:00 / 03.07.2025 Baxış sayı: 965

Kibrit çöpünə bənzər - adamdı - ayaq üstə...

Qutunun içindədi, - "başı" var - dayaq üstə...

 

Şam yandırmağı sevmir romantik görüş üçün...

Xisləti od püskürür atəşlə öpüş üçün...

 

İşıqlanmağa aşiq, nə fərqi var ki, necə...

Tə ki kül edə bilmək onun əlinə keçə...

 

Dənizdə üzməyi yox, nə də uçmağa qadir...

Məqsədə baş vuraraq, alov saçmağa, qadir...

 

Günəşi yamsılayır, göylərə çata bilmir...

Nə Ulduzla, nə Ayla barışıb yata bilmir...

 

Kibrit çöpünə bənzər - adamdı - ayaq üstə...

Qutunun içindədi, - "başı" var - dayaq üstə...

2023.