Vasif Süleyman - OLACAQSA

Ağrım səndən gəlir... Allaha şükür,
Qoy gəlsin, xoş gəlir, nə olacaqsa...
Dərdim bəs eyləyir, heç nə dəyişməz,
Sevinci nə qədər kəm olacaqsa...
Bəlkə bu günahı savab bilərəm,
Onu hər müşkülə cavab bilərəm.
Qədərə min şükür... Gülab bilərəm,
Üzümə çilənən qəm olacaqsa...
Dünya başdan-başa ağrı, qəmdimi, ,
Ürəyim dərdindən suçəkəndimi...
Dəyişməm şeirin möhürbəndini,
Sonuncu qafiyə SƏN olacaqsa...