Toma Ismayilovanın ŞEİRLƏRİ
Bitdiyi yerdə başlayan sevgi
Bitdiyi yerdə başlayan sevgi,
Hələ firtınalar zamanı deyil,
Hələ çalınmamış eşqin son zəngi
Əlvida deməyin zamanı deyil.
Yanımda olmasan bu yazı deyil,
Qəlbimdə olmasan bu ürək deyil,
Sənsiz qalan ömrə sən ömür demə,
Sənsiz bircə günüm olar bircə il.
Mən səni özümdən çox istəyirdim
Buludmu olmusan,Günəşmi saçan
Səhərlər qəmindir gözümü açan,
Hərşeydən dəyərli olsa da bu can –
Xəbərin olmadan qurban elədim
Mən səni özümdən çox istəyirdim
Ürəyin qəlbimdən qırıldı haçan?
Yelkənin əmrində hansı küləyin?
Yaman dözülməzdi saldığın hicran-
Mən səni özmdən çox istəyirdim
Həsrətin canımda şimşəkdən ötkəm,
Çiçəkdən zərifim,ipəkdən incəm,
Ümid pərvanəmsən-özüm sönüncən,
Ocaqda alovum,közüm bilirdim,
Mən səni özümdən çox istəyirdim
Yerin hansı aləm,hansı məkandı?
Qəlbini ovudan hansı kamandı?
Düşünmə-dediyim keçmiş zamandı
Allahın xətrinə bu cürə dedim
“Mən səni özmdən çox istəyirdim”
İndi
Şaxtalar dolaşar sevgi bağında,
Qoymaz budağıma bar gələ indi,
Qismət necə qıyar bahar çağımda
Şəvə saçlarıma qar gələ indi?
Daha qapınızda qalmaz izlərim,
Sındı qədəmlərim,tutmur dizlərim,
Özümü istədin,sevən gözlərim
Sənə baxmaq üçün kor gələ indi?
Axı sevdiyini yar belə qırmaz,
Çeşməyə enəni ilan da vurmaz,
Görməsəm,nurunu da gərəyim olmaz-
Həyatım möhtacdı kölgənə indi.
Sənsiz elə bədbin –fağıram,gülüm,
Gəlmədin-qorxuram çağıram,”gülüm”,
Bunun sonrasında qorxuram gülüm,-
Məni salmısansa bu günə indi.
Bilmirsən,nələrə sinəmi gərdim,
Az qala Tanrıya gizliydi dərdim,
Hər bir təqsirından ,vallah,keçərdim
Sıxıla bilsəydim köksünə indi
Tək bircə arzum var-qəlbini görəm,
Könlündə yurd salan İblisi görəm,
Çəkdiyim ahları elə hönkürəm,
Dəli fəryadımdan səksənə indi.
Yetməzmi bu qədər aralı qaldıq?,
Urəyi qubarlı,yaralı qaldıq,
Qayıt,qurban olum,bu cur ayrılıq,
Nə sənə gərəkdir,nə mənə indi...
Ürəyim
Gülmədi üzünə bu səhərin də;
Qələm ol, kağız ol,daş ol, urəyim!
Qala bilmirsənsə əgər yerində,
Gözümdə bir gilə yaş ol,urəyim!
Bu eşq çiçək kimi əzəcək səni,
Sızlada-sızlada üzəcək səni,
Vallah,dünya bir gün gəzəcək səni,-
Dövranla bir azca xoş ol,ürəyim.
İpək yelkəninə fırtına doldu,-
Dedim-”Üz tutduğun bəlalı yoldu!”
Sən məmim sinəmdə;o,durna oldu-,
Bacarsan telinə qoşul,ürəyim .
Kömürdən ziyadə qanını boşalt,
Sevmirsə,dalınca bir qara daş at,
Sənə yalvardım ki,”ömrümü yaşat”,
Demədim-“köçəri quş ol,ürəyim”.
Can elə möhtacdı,ürək,rəhminə!
Sevən Tamamın qayıt qəlbinə,
Bu eşqin baharı düşmürsə sənə-
Sevgiyə ömürlük qış ol, ürəyim...