Saqif Qaratorpaq : - Sənə sarı qaçsam da

Ədəbiyyat 11:24 / 30.06.2025 Baxış sayı: 926

 

Sənə sarı qaçsam da

Yenə səndən uzağam.

Hamı çoxdan böyüyüb,

Mən hələ də uşağam.

 

Ömrü yelə sovurdum,

Saçımda tozu qaldı.

Ö günlərdən içimdə

Bir mələr quzu qaldı.

 

Deyirsən,daha gecdi,

Ötürmüşük zamanı.

Sən də bir az ağıllan...

Eh,məndə ağıl hanı?!

 

Için-için sızlaram,

Anam da yox,ovuda...

Susuzam,əl açmışam

Bircə əlçim buluda.

 

Gecə keçdi...gəlmədin...

Sarımadın yaramı.

Hər yadına düşəndə

Öpərsən bir misramı...