Saqif Qaratorpaq : - Çoxdan görüşməliydik,

Çoxdan görüşməliydik,
Sən gecikdin,yoxsa mən?
Lap çoxdan tutmalıydım
Titrəyən əllərindən.
Qismət bu günə imiş,
Nə yaxşı gəlib çıxdın!
Nə yaxşı can evimi
Verdin atəşə...yaxdın...
Nə yaxşı kipriklərin
Yolumu kəsib belə.
Baxışından od alım,
Alışım,dönüm külə.
Heç özüm də bilmirəm...
Yuxudumu bu gerçək?
Əllərim saçlarında
Gül açsın ciçək-çiçək.
Nə yaxşı küçənizdən
Tale salıb yolumu.
Hərdən dola belinə,
Xoşbəxt elə qolumu...
Ömrün son baharında
Xoş ruzgarsan-bir əsim.
Hər gün dodaqlarından
Su içməyə tələsim...