Şakir Xanhüseyn : -O qədər sevgiyə yadırğamışam

Ədəbiyyat 18:48 / 20.07.2025 Baxış sayı: 954

Gəl isidim səni buz əllərimlə,

təndir istisində üşü iyulun...

O qədər sevgiyə yadırğamışam,

ilantək dolanır boynuma qolun...

 

Çoxdan solub getmiş güllər dərirsən,

ah çıxır üzünə çəksən dərindən...

Hisslərin elə bil çölə sıçrayır

dolmuş gözlərinin gilələrindən...

 

Keçmişin canlanır bir xatirəndə,

bayaq bir yerdəydik, indi ayrıyıq...

Görəsən, səmada hansı ulduzdan

gəlib tapdı bizi Yerdə ayrılıq?!.

İyul 2025