QURBAN - GÜL MAYA FEYRUZQIZI

Ədəbiyyat 22:12 / 03.07.2025 Baxış sayı: 1051

 

Niyə kövrəlmisən ?

Niyə dolmusan ?

Qəmli - qəmli baxan

gözünə qurban.

Alıbdı üstünü kədər buludu

Pərişanlıq yağan üzünə qurban.

 

Ayrılıq sinəmdə naxış toxuyur,

Sevincin üstündə kədər oxuyur.

İndi duyğuların həsrət qoxuyur,

Məhəbbət ətirli sözünə qurban.

 

Bir bax ürəyimdən qopan haraya,

Fələk möhür basdı bu haqqı - saya.

Səndən uzaqlarda üşüyür MAYA.,

Həniri azalmış közünə qurban.