MN-də Mətbuat xidməti ləğv olundu -Anar Eyvazov idarə rəisi təyin edildi

HÜQUQ 16:55 / 17.09.2024 Baxış sayı: 551

Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.

Yenises.az Trend-ə istiandən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Bu barədə məlumatı nazirlikdən təsdiq ediblər.

Bildirilib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi nazirliyin Mətbuat xidmətinin rəisi idi.