Milli Məclisdən Rusiya ilə bağlı QƏRAR

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Moskvada keçirilməsi nəzərdə tutulan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.
Yenises.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Buna səbəb Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətil və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasıdır.
Yuxarıda deyilənləri nəzərə alaraq, Milli Məclisin nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub.