"Məqsədimiz məktəbəqədər təhsil yaşını 3-4 yaşa endirməkdir" - Nazir

Elm 11:30 / 04.12.2024 Baxış sayı: 1082

"Hər 10 uşaqdan 8-9 uşaq ən azından 1 illik məktəbəqədər təhsil alır.Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbəqədər təhsil üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”.

Yenises.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, qarşıda olan digər çağırış isə məktəbəqədər təhsildə 3-4 yaşı əhatə etməkdir.

"Məktəbəqədər təhsil üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir"