Lənkəranda Rəsul Rza   GÜNÜ

Gündəm 15:08 / 25.05.2025 Baxış sayı: 1279

24 may 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin birgə təşkilatçılığı ilə Kitabxananın oxu zalında Azərbaycanın xalq şairi Rəsul Rzanın 115-ci ildönümü münasibətilə "Mən kökümlə bu torpağa bağlıyam" adlı tədbir keçirildi.

Tədbirdə Bakı şəhərindən gələn qonaqlar,bölgə yazarları, kitabxana sisteminin əməkdaşları,ziyalılar,

aktyorlar,məktəblilər iştirak etdilər.

Xalq şairi Rəsul Rzanın keçdiyi həyat yolu barədə tədbir iştirakçılarına

məlumat verildi, video-rolik numayiş olundu.

Yubilyarın yaradıcılığı barədə

AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim Vaqif Yusiflinin geniş məruzəsi istirakçılar tərəfindən maraqla qarşılandı.

Çıxış edənlər R.Rzanın möhtəşəm yaradıcılığı barədə düşüncələrini bölüşdülər.

Tanınmış aktrisa Aynur Ehmedova və məktəblilər tərəfindən ifa olunan şeirlər, həmçinin R.Rzanın və N.Rəfibəylinin şeirlərinə bəstələnmiş mahnılar tədbirə xüsusi bir gözəllik qatmaqla yaddaşlara həkk olundu.