Leila Mustafayeva- Qaçım,gedim dünya səndən

Ədəbiyyat 11:10 / 18.07.2025 Baxış sayı: 1178

Qaçım,gedim dünya səndən

Baş götürüb gedim bəlkə...

Nə bir insan, nə iz olsun

Sən də baxarsan gendən.

Bütün ömrü, həyatı

Bir çantaya doldurum,

Saatımın zəngini

Səhər 6- ya ya qurum...

Hava da açılmadan

Çıxım qatar yoluna,

Bir bələdçi görəndə

Girim onun qoluna.

Axı bilet almadım

Tez-tələsik yığışdım

Yadıma da salmadım.

Ürəyimin dibində

Arzular nəmlənibdir,

İstədim nəfəs alım

Otağım köhnəlibdir.

Toz qoxusu gəlirdi

Divarın hər yerindən,

Topladım əşyaları

Nəfəs aldım dərindən...

Bilirəmki sonsuzdur

Getdiyim o yerlər də,

Bilirəmki dözəcəm

Məni incidən dərdə...

Üz tutmuşam qatara

Bəlkə ağrısız yerə

Qatar məni apara!...