Kəramət : - ÜSTÖLKƏ-ÜSTİNSAN FƏLSƏFƏSİnin fiaskosu

YAZARLAR 12:56 / 04.07.2025 Baxış sayı: 1260

 

...əgər güclüsənsə, lap belə deyək, fiziki-intellektual cəhətdən başqalarından irəli getmisənsə...bu amil sənə (mənə) haq vermir ki, səndən geridə qalmışı, zəifi məhv edəsən. Nihilizmin bəşəriyyəti məhv edəcəyi qorxusu var...

Yadınızdadırsa, A. Eynşteyn deyirdi ki, Nisbilik nəzəriyyəasinin kəşfi zamanı F. Dostoyevskidən bəhrələndim..təqribən buna bənzər fikir.

Üstinsan-üstirq-xalq-ölkə konsepsiyası başqalarını məhv etmək yanaşmasıyla daban-dabana ziddir...amma məşhur bir kəlam var; SƏN SİYASƏTƏ QARIŞMASAN DA SİYASƏT SƏNƏ BULAŞACAQ...zaman-zaman iqtidarlar dahilərdən öz işğalçı , iqtidarçı siyasətlərini sürdürə bilmək üçün istifadə ediblər, əlbəttə, əyib-bükərək, özlərinə yararlı hala gətirərək...Hitler də parlaq nümunədir. mənfi anlamda..

.Eynşteynin kiçik bacısı Adolfun heyranı olub..Eynşteyn araşdırmalarının yanlış məcraya çəkildiyini görürdü, bu səbəbdən son əlyazmaları üzə çıxarmır, ölümündən sonra Adolf heyranı bacısı bu əlyazmaları çap etdirir, bir yönüylə Nasiszmin fikri əsaslarına dəstək olur....

"Cinayət və Cəza"nı hamınız oxumuşsunuz, şübhəsiz, Raskolnikov obrazına diqqətinizi çəkmək istəyirəm...O, düşünürdü ki, iki cür insan tipi var; Bir var-çoxluq, kütlə, bunlar doğub -törəmək üçündür, digəri isə Seçilmişlər-bunlar bəşəriyyəti irəli aparan sərkərdələr, dahilər, imperiya yaradanlar...və bu az olanların haqqı var ki, böcəkləri-çoxluğu öldürə bilsin-(əsərdə sələmçi qarı)-tutarlı əsasları da var Raskolnikovun, oxucunu da cani-dildən inandırır ..bu cinayəti törətməkdə , hətta, yaxşı iş görür...

Döstoyevski bu nihilist fikrin bədi əməliyyatını apardıqca Obrazın daxili təlatümləri, əzablarıyla..əsərin sonuna doğru ...heç də doğru hərəkət-düşüncə olmadığı qənaətini ön plana çıxarır...

Bir də təmənnasız sevgili obrazı var, Sonya dımı adı...mərhəmət, şəfqət simvolu kimi şüa saçır əsərin səhifələrinə.

Dünyamızın çox gərildiyi, adamların sabahsızlığı, gərginliyinin yüksəldiyi günlərdə...kimsə-hər irq-din cins -yaradılan nə varsa..biri-birindən artıq-əskik deyil Sirkə (İnsan) nə qədər tünd olarsa, öz qabını-Yer üzünü partladar.