İran-İsrail+ buferAmerika müharibəsi başladı və bitdi.- yazdı Aida Adıgözəl

İran-İsrail+ buferAmerika müharibəsi başladı və bitdi. Azərbaycanda da xeyli həyəcanlanma oldu. Şəbəkələrdə xeyli İran və anti İran, islam və antiislam aşiq və mücahidləri də döyüşdü...
Xeyli politoloqlar, jurnalistlər təhlil və fikirlər söylədilər, proqnozlar verdilər, media alınan, verilən xəbərlərin müqabilində da bir xeyli rəngləndi, canlandı...
Sonuc?!
Kimsə bir şey anladı?
İranda heç bir sistem dəyişmədi, uran tapılmadı, nüvə partladılmadı, qaçqın olmadı, şəhərlər bu qədər bahalı əməliyyatlar keçirilməsinə baxmayaraq qismən dağıldı, az zərər gördü. Xeyli göstərişli aviatexnika istifadə edilməsinə rəğmən mən deyərdim ki, bu müharibə sadəcə şou-müharibə kimi tarixə düşdü( dağıntıları və insan ölümü miqyasını nəzərə alsaq Qəzza və Rusiya-Ukrayna savaşı daha inandırıcıdır).
Çox qəribədir, indiki müharibələr əsrlər boyu mücadiləsinə çalışılmış torpaq almaq, ərazi böyütmək iddialalığından çıxıb tamamilə ticari məqsədlərə xidmət edir. Çünki vaxtilə dünyanı aşağıdan görürdülər, indi isə dünyanı kosmosu kəşf etmək sayəsində yuxarıdan görmək mümkündür. Bu üzdən müharibələrin xarakteri ticari xəritələr istiqaməti marağında aparılır. Bu arada İran da əməlli başlı cəbbəxanaymış, Cənubi Azərbaycan ayrılığı acısından nifrət və kinimizi soyutmaq üçün hiddətimizin boyutunu rişxəndli atmacalı postlara daşısaq da bunu qəbul etmək lazımdır ki İran heç də gücsüz dövlət deyilmiş. Qonşu dövlətləri də bu üzdən əminliklə təhdid edirmiş. Prezidentimizin bu təhdidlərə qarşı hər səbr və siyasi addımı buna görə ciddi alqışlanmalıdır. Tarixin çox ciddi dönəmində ölkəyə rəhbərlik edən İlham Əliyev Azərbaycanı gələcəkdə bir çox tarixi-siyasi problemlərdən qurtarmaq və yayındırmaq üçün çox ciddi siyası manevlər edir. Bunu həqiqətən də görmək, alqışlamaq lazımdır. Baxmayaraq ölkə daxilində məmurlar rüşvətxorluq edərək at oynadır, xalqın hər addımda haqqı və hüququ biabırcasına və dəhşətli şəkildə pozulur!
Mən şəxsən bu müharibədən heç nə anlamadım, nə axtardılar, nə etmək istədilər və məqsəd nə idi bilmədim. Bircə onu anladım ki sərhədlərin bağlı saxlanılması ən doğru addımmış və İranın az qala hər evimizdə təsir dairəsinə aldığı bir müridi-tərəfkeşi var. Bu gələcəyimiz üçün çox ciddi siqnaldır, yəni İran kimi şeytan dövləti heç də xəfifə almayın!
Görünən təkcə o ki 3-cü Dünya savaşı olacaq deyə-deyə bir neçə hegemon ölkə birləşib dünyanı dağıdırlar ...
P. S. Bu müharibəni şou ona görə adlandırıram ki, pandemiya adı altında insanlara hər cür zir-zibili aldıran, yedirən, vurduran güclər bu dəfə nüvə! axtarmaq üçün başladılan müharibədə heç bir radiasiya təhlükəsizliyi sosu çalmadı və tibbi tədbir vasitələrini satışa çıxartdırmadı... yəni görünən köy klavuz istəməz!