İbrahim İlyaslı : - NƏVAİ MƏMMƏDOĞLUNA

Günlərdən: Çağdaş Türk rəngkarlığının ünlü ismi, Azərbacanı rəsm sənətçisi olaraq dünya çapında ləyaqətlə təmsil edən, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi və Rəsm Komitəsi başkanı, əziz və dəyərli dostumuz NƏVAİ METİNin 60 illik yubiley günü! Kutlu olsun! Təbrik edirəm və ən xoş diləklərimi ismarlayıram. Nəvai sevənlər, onun haqqında qələmə aldığım yazını yubileyi ilə bağlı hazırlanmış Xüsusi Buraxılışda oxuyarlar.
Ay Nəvai, bilirsənmi,
Nədi mənim davam sənnən.
Dost-dostuyla nəfəs alar,-
Şəriklidi havam sənnən.
Bir ulu kökdən gəlmişik,
Bir ulusa söykənmişik.
Bir pərdədə köklənmişik,-
Bir çalınır nəvam sənnən.
Səncə dost sevənim kimdi?-
Gözün, könlün “sarı sim”di.
Bir Azər də İbrahimdi,
Sonacanam, tova, sənnən.