Gülnar Ümid : - “Ümid qapısını aç oğlum”

Səhərin ilk işığında yenidən doğulmuş qəlblərin səssiz fısıltısı var,
Köhnə sızıltıların küyü getdikcə qeyb olur,
Görünməz ipliklərlə bağlanırıq gələcəyə.
Bu qapının arxasında sükutun altında titrəyən sevinc durur!
Umid damarlarımızda oyanan arzuların qığılcımı səfər edir.
Palatanın külək çırpan qapısının səsini eşidirəm...
O gecənin qorxusunu soyudur,
Bir-birinə söykənib qucaqlaşan ağaclar pəncərədən pıçıldayır,
"Sən də enmə – qalx, insanlığın özü bu sınaqdan keçir.”
Gəl keç bu qapıdan oğlum,
Qorxu ilə ümidin arasında bir körpüdür bura.
Tez-tez ürəyim titrəyir, amma keçmək lazımdır:
Görəcəksən orada səni xoş günlər gözləyir.
Sən açarsan qapını oğlum,
Sən bacararsan bilirəm...
Yeni səhifə açılacaq həyatında
Ümid… yalnız bir sözdür – amma o hər günü, hər nəfəsi bir möcüzəyə çevirə biləndir...