Gülnar Ümid : - Riyakarlığın pəncərəsi...

YAZARLAR 09:07 / 30.06.2025 Baxış sayı: 922

 

Riyakarlığın pəncərəsi arxasından baxdım bu dünyaya,

“Sözlərim dürüst, qəlbim isə gizli oyunlar oynar,” deyən dodaqlara qulaq asdım.

Sən demə, göy üzüylə öyünənlərin üzü o biri tərəfdə qaranlıq maska ilə örtülüdür.

Şəfqətdən danışar, amma əlindəki imtiyazı bölüşməz,

şəffaflıq deyər, gizli gündəmlər tutar,

“ədalət!” deyər, amma əgər ayağı əzilsə — susar.

Fəryad edər, onlara qarşı amma ağzında çörək, qəlbində zülm daşıyanda, üz tutarın kimsəyə...

Səni qınayar, öz aynasına baxmayaraq,

çünki aynasında səs olmaz...

Səmimiyyətin pencəyi hər kişinin ölçüsünə uyğun gəlməz, tikişindən ayrılar bir-bir pisliklərə toxunduqca...

27.06.2025