Görüş silsiləsindən  yazdı  Rafail Inceyurd

Ədəbiyyat 12:42 / 04.07.2025 Baxış sayı: 1022

 

 

Bura İncə dərəsidi,

Hər yan doğma, hər yan əziz.

Siyasətdən aralı və

hər yan ekoloji təmiz.

Tanıdın, ya tanımadın -

Kim görürsə, "salam"- deyir.

Yol üstə qoca dağdağan

"Xoş gəlmisən, balam"- deyir.

Qaratoyuqlar deyişır,

Sən canın, dön, bura bax bir.

Dağın, daşın, otun, gülün

Üzündəki nura bax bir.

...Şəhərin əli qoynunda

Yoxudu bu gördüklərim.

Hərdən elə bilirəm ki,

Yuxudu bu gördüklərim.

...Ay Mübariz, ay Hemid, gəl

Boylanaq "Göl"ün üstündən.

Rəbbim! Çəkmə nəzərini

Bu qudsal elin üstündən!..

24.05.25