Fərhad Tapdıqoğlu - Qazı

YAZARLAR, Gündəm 08:57 / 01.07.2025 Baxış sayı: 1157

 

(kiçik hekayə)

Hamı onu Qazı deyə çağırırdı:Qazı Qazıyev.Əsil adını bəlkə də kənd camaatının çoxu unutmuşdu.Qazı adının tarixçəsi belədir:

--Qeyrətəli Sovet dönəmində hərbi xidmətdən qayıdanda kənd camaatı ilə rusca danışırmış.Qazlanırmış...qazılanırmış..

Öz dilimizdə nəsə soruşanda ala- yarımçıq deyirmiş:" Moyu tvoyu ne ponimayu"..

Elə o zamandan kənddə hamı onu Qazı deyə çağırırdı .

Qazı kənddə yaşayır,amma rayonda qaz idarəsində işləyirdi.Qaz xətti də çəkirdi..qaz sayğacı da quraşdırıldı,qaz pulu da yığırdı...."Qaz vurub ,qazan doldururdu.."

....Qazı əsgərlikdən sonra sürücü işləmişdi bir neçə illər...Qaz-51..Qaz-53 maşınlarının sürücüsü..

Sonra pul yığıb,bir " Qaz- 21" Volqa da aldı...

Bu maşınları qazdana- qazdana sürürdü...Maşınları sürəndə mütləq dirsəyini çölə çıxarırdı...

Qazıgilin çoxlu qazları vardı,onları bordayır,qışda kəsib ,qızardıb yeyərdilər,yanında da ağzı xəmirli..

Qazının arvadı qazları bişirəndə,Qazı mütləq qazana baxar,qaz ətinin ala - çiy tikəsini əlini yandıra- yandıra götürər, ağzına təpərdi..

Qazı yaxşı nərd oynardı.. Ona nərddə uduzan üçün deyərdi: "Filankəs mənim qazımdı,qazdadım onu.."

Həəə xatırladım.. Qazı ulu babasının qazı olduğunu da qazlana- qazlana danışardı..

Qazı deyirdi ki,rayonların birində olan Qazqulu kəndi də onun ulu babasının babasının kəndidir.

Qazı hələ məşhur futbolçu,məşqçi Qazzayevin də onların nəslindən olduğunu goplaya- goplaya, qazlı- qazlı danışardı...

Amma haqqına Qazı bizim Qarabağ qazilərimizə maddı yardım da göstərirdi...

.......Adamın yadına qaz əti düşür..

" Yeyəsən qaz ətini,görəsən ləzzətini"..

Adam qazancına bir qaz ala,kəsə,təmizləyə doğraya ,tökə qazanın içinə,qazanı qoya qazın üstünə..

Qaz bişə,süfrədə ağzı xəmirli də ola,bir qazlı su da ....

Bəh..Bəh..

.......Demişlər ki," özgəsinə quyu qazan özü düşər.." Qazı hələ qazır..

Qazı qaz!!! Demirəm qazma,qaz! Amma unutma ki,səni də bir gün qazdıyıb,qazını qoltuğuna verən tapılar...O qazdığına da özün yıxılarsan ..