Fərhad Tapdıqoğlu : - HAVA

(hekayə)
Aydın eyvana çıxıb,hava-ya diqqət elədi.Hava bürkü idi.Otağın pəncərəsini açdı ki,otağın hava-sı dəyişsin.
...Ailə- uşaq hava-sını dəyişməyə rayona getmişdilər. Aydın isə şəhərdə qalmışdı.
Fikirləşdi ki,bulvara gedib təmiz hava alsın.Bunanın giriş qapısından çıxıb , " Jiquli- 06"-sına yaxınlaşdı.Maşınının təkərlərinin biri boşalmışdı,hava-sı yoxdu.Kimsə təkərin hava-sını buraxmışdı.Aydın dodağının altında söyə- söyə hava nasosu ilə təkəri doldurdu.Yoxladı təkərin hava-sının təzyiqini, gördü ki,çoxdu,təkərin hava-sını bir az aldı...
Dəniz kənarındakı maşın dayanacağında maşınını saxlayıb,təmiz hava almağa yollandı.Sərin meh əsirdi.İnsanlar seyrək idi.Nəzərlərini dənizə dikənlər də vardı,dayanıb söhbətləşənlər də,gəzişənlər də...Bir qadın öz- özünə bərkdən danışa- danışa o yana- bu yana gedir,hava-lı- hava-lı gəzirdi.Elə bil hava-lanmışdı. Danışdı,danışdı,handan- hana sakitləşdi.
...Aydın uzun illər bir müəssisədə işləmişdi.Hava kompressorlarının təmirçi çilingəri idi.Həmin avadanlıqlar əsas və köməkçi istehsalat sahələrini sıxılmış hava ilə təmin edirdi.
Bu kompressorlar markasından asılı olaraq,8,10,12..atmosfer təzyiqli sıxılmış hava yaradırdı.Demək olar ki,bütün avadanlıqlar həmin hava olmadan işləyə bilməzdi.
Aydın həmin kompressorların iş prinsiplərini xatırladı:
" Kompressorlar iki pilləli idi.Əvvəlcə birinci pillənin porşeni hərəkət edir,sorma klapanı bayırdan hava-nı sorur,porşenın geriyə hərəkətində sorulmuş hava vurma klapanına daxil olur.
Vurma klapanı ilə həmin hava ikinci pillənin sorma klapanına ötürülür.Porşenın irəli hərəkətində sorulmuş hava sıxılır ,porşenın geri hərəkəti ilə vurma klapanına verilir.Artıq lazım olan təzyiqdə sıxılmış hava hazırdı.."
...Aydın iş yoldaşlarını xatırladı.Şahidi və iştirakçısı olduğu bir maraqlı an gözləri önündən keçdi...
Aydın " perekur " ( kiçik çay fasiləsi) edirdi.Bir nəfər cavan oğlan,fəhlə paltarında ,əlində vedrə ona yaxınlaşdı.Salam- kəlamdan sonra Aydına dedi:
- Aydın sənsən?
Aydın:
- Bəli,mənəm.Nə lazımdı?
- Mənə dedilər ki, bu vedrəni hava ilə doldurub ,mənə verəsən.))
Aydın bərk hirsləndi,cavan oğlanın bunu ələ salmağı onu özündən çıxardı...
Öyrənəndə ki,bu oğlanın hava haqqında ,ümumiyyətlə iş barəsində anlayışını yoxlamaq üçün düşünülmüş bir hərəkətdir,sakitləşdi Aydın.
Vedrəni "hava " ilə doldurub,oğlana verdi..))
Artıq müəssisədə hamı bu əhvalatı bilirdi..Xatırlayanda Aydının dodaqlarına bir təbəssüm qonurdu usdufca...
Beləcə dəniz hava-sından ciyərlərinə çəkdi... Düşündü: " qışda şaxtalı,boranlı,soyuq hava,(amma evi həmişə hava-lı olur)...yazda yaz hava-sı, mülayım... yayda isti hava...payız hava-sı,yağışlı,qışda qarlı- şaxtalı hava...
Hava hər fəsildə bir dona girir.. İndi də hava-lardan baş açmaq olmur,fəsillərin də elə bil başlarına hava gəlib..."
Aydın evə qayıtdı.Yuyundu.Çay - çörək hazırladı,yedi...
Televizorun düyməsini basdı.Hava proqnozu ,durumu haqqında məlumat verilirdi.Qarabağın hava-sını dinləyəndə həmişə az qalırdı başına hava gəlsin Aydının...
Sonra bir oyun havası səsləndirdilər.
Bu hava Aydının hava-sı deyildi.Hərənin öz hava-sı var...
Yadına bir vaxtlar oxuyub ,əzbərlədiyi şeirdən bir bənd düşdü Aydının:
"Yetimi aldadır gəl- gəl hava-sı,
Boş yerə gözünün yaşından olur.
Yaman qapalıdı namərd hava-sı
Kim ki,oynamırsa,başından olur..."
Hava-lar...hava-lar...
-Onsuz da bütün sutkanı çal- çağırdı.Seç,hansı hava-nı istəyirsən seç ,oyna...
Bir də elə bir hava var ki,hamımız o hava-ya oynamağa məhkumuq,məcburuq-xəyal Aydını öz ağuşuna aldı...
P.S.Bir şey Aydına Gün kimi aydındır ki, çoxlu pulu olub,hava-lı gəzənlərin də hava-sını alan tapılacaq...yaxud onların özləri partlayacaqlar ,hava-ları çıxacaq...