Fərhad Tapdıqoğlu : - Ah,bu göz-lər

YAZARLAR 21:24 / 29.06.2025 Baxış sayı: 836

 

Deyirlər " göz baxmaq üçündür."Odur ki bax,amma hər şeyə açıq göz-lə bax,düz bax ." Əyri baxan,düz görə bilməz". Çalış göz-dən düşməyəsən.Göz-dən düşdünsə,yenidən o hörməti qaytarmaq çətin olur.

Göz-lərin övladlarının üstündə olsun. Onları göz-dən qoyma....

---Hara baxırsan,göz-lərini çək ordan?.Aha,göz-lərin yol çəkir?

Bəlkə...

O çəp-göz var ha," bir göz-ü Aya baxır,bir göz-ü çaya"..Bəlkə ona göz-ün düşüb?Göz-altı eləmisən? Canıyanmışın əndamı göz-əldir...göz-əgəlimli xanımdır.Göz-muncuğu da gəzdirir hələ...

Bilirəm ee," inək göz eləməsə...o məsələ.."

Göz-lərini yaman süzdün haa?!.

Deyəsən göz-lərin eyni yerə baxmağa çox alışıb?

Bəlkə " göz gördü,könül sevdi?".

Elə bilirsən " quşu göz-ündən vurmusan?...

Bir göz vur görüm...

Nədi,"göz-lərinə çöp düşüb??

Çox baxma,göz-lərin qaralar.

Göz-də,qulaqda ol,birdən ....Göz-lərin səyridi?

...Deyir qıza analığı " göz verir ,ışıq vermir" ... Yaman göz-ümçıxdıya salıb onu..Göz açmağa imkan vermir ona..Göz-dən salmaq istəyir..Bilirsən də,göz-dən düşənin yenidən hörmət qazanması çətin olur.

Göz- göz-ə gələndə baxdım ona.Qara göz-ləri var...

Necə? Hələ sənə " göz-ün üstə qaşın var" deyən olmayıb? İncimə,mənim gözümdə yoxdu,sənə ərk elədim...

...."Sevənlərin göz-ü kor olur" - deyirlər.Amma seçdiklərini,sevdiklərini göz-üyumulu tanıyanlar da var...

....Vallah göz tox olanda ,Allah ruzunu verir.O qədər ac-göz adam tanıyıram ki..Qarınları doysa da,milyonları olsa da,yenə göz-ləri doymur..Nə olsun??? Nə aparacaqlar göz-lərimiz gördüyü bu fani dünyadan?.

Göz-lərimiz hər şeyi görə- görə yaşayırıq birtəhər..Buna da şükür...

Hərdən kövrək olan anlarda göz-lərim nəmlənir ,göz-lərimdən yaş da gəlir.. ..

.....Paxıl adamlar var ee,Vallah onların çoxunun göz-lərində var.."Yaman göz-lərə şiş batsın"...

Göz-ə "kül ufürənlər də görmüşəm....

.....O məhləmizdəki qız var haa,Ala-göz-ün qızı Göz-əl.Göz həkimi işləyir.

O günü işdən gələndə həyətdə telefonla oynayan uşaqlara deyir ki, "göz əzələlərinizi tənbəlləşdirirsiniz.Hər 5 dəqiqədən bir 10 saniyəlik diqqətinizi çəkin telefondan ,uzaqdan göz-lərinizi qırpıb baxın.Sonra bu qayda ilə davam edin. .."

Vallah birdən adam elə şeylər görür ki,göz-ləri böyüyür..

Xatırladım ,şəkililər necə deyir?: " göz-uuu yeyim"..

Əşi ,ye,iç ,kef elə...istəməyənlərin göz-ü çıxsın..Amma halal qazandığın pulla..

.... Kəlbəcərli şair Mirsəyyaf Zamanlının sözlərinə bəstələnmiş bir mahnını rəhmətlik Məhəbbət Kazımov oxuyurdu:

" Giləsini damcı- damcı içərdim,

Mənim olsan ,göz-lərinə köçərdim.

Görən kimin olasıdır göz-lərin,

Qız Allahın bəlasıdır göz-lərin"

Sözlərə diqqət elədiniz? Bəs göz-lərə necə fikir vermisinizmi?

Həmin şair yazır:

" Məni göz-lərinə göz-ətçi götür,

Adıyla tanınan göz ustasıyam"

Başqa bir göz-əl şairimiz Ramiz Qusarçaylı yazır:

" Büküb qarasına,büküb ağına,

Göz-ümün içində bəslərəm səni"..

Müəllifini unutduğum bir şeirdə deyilir:

"İstərəm çəkim səni gizlədim göz-lərimdə,

Sonra da yavaş- yavaş yumum kipriklərimi.

Ruhumda ,varlığımda daim yaşadım səni. "

Göz-lər haqqında yazılmış şeirlərdən çox az nümünə yazdım....

(Qoy göz-lər haqqında yazan göz-əl şair dostlarım məndən inciməsinlər! İnşallah onların şeirlərindən də yeri gələndə sitatlar yazacam).

....Bilirəm sevənlər çox zaman qızların göz-lərinə vurulur. Şor-göz-ləri demirəm...təmiz ürəklə sevənləri deyirəm...

Bax belə...

Şair dostum Zirəddin Qafarlı yazmışdır:

" Ehh... səni o qədər göz-ləmişəm ki,

Daha gəlməyin də göz-ümdən düşüb"

Göz-ləyin,İnşallah sevdikləriniz,Sizi göz-ü yolda qoyanlarınız gələr! Onların gəlməkləri " göz-ünüzdən düşməsin". Göz-lərinizin kökü saralmasın! Göz-ləriniz yorulmasın!

P.S .Oxudunuz? Göz-lərinizi yormadım ki..Göz-lərinizin nuru azalmasın! Mənim göz-lərim bir az qızarıb...Narahat olmayın...

Deyirsiniz birdən mənə göz dəyər? Yoox "göz-qaytaranım" var... ))))