Faiq Balabəyli : - XƏPDƏN yazılan şeir ...

Ədəbiyyat 10:15 / 26.06.2025 Baxış sayı: 1741

 

(Birbaşa)

Qayı obasıdır, sanki bu oba

Mən isə Ərtogrul deyiləm, ama...

...İşdi, yolun düşsə bu tərəflərə

Adım səsləyib soruşsa bu yurd

Mənim kimliyimi söylə dağlara

Denən bir şairdi, ürəyi yumşaq

O hara, döyüşkən Ərtogrul hara.

Deyərsən, yaşının üstə yaş gəlib

Daha ağrılarla omuz-omuzdur

Qolu heydən düşüb, gücü azalıb

Çiynindən asılıb, kökə gəlməyən

Şimləri qırılmış qara qopuzdur

Eləcə ömrünü çəkir aparır

Yorğun ayağının Təhminə qalıb.

Gözündə nuru yoxdu, cibində para

Ancaq ümidi var göy buludlara.

Buludlar bir Simurq quşu tək, onun

Dadına çatacaq, düşünür elə...

Uzanıb kayutda, divanın üstə

Bu səkil rastına çıxandan sonra

Şeir də XƏPDƏN e, yazıldı belə..