Elnur Uğur Abdiyev : - Ölüb yaşamaq gözəldi .

Təmiz adını sabaha,
Təmiz daşımaq gözəldi.
Yaşayıb ölü olmaqdan,
Ölüb yaşamaq gözəldi .
Düşüncə ömrün yelkəni,
Ömür dərinlərə üzər.
Sağlamdır mən adlı gəmi,
Bayrağında sevgi süzər.
Nə güllə,nə bomba batar,
Sarsılmaz ömür inadım.
Sabahın günah alnında,
Diri qalar diri adım.
Yaşayıb ölənlər üçün,
Ağlama haramdı,adam!
Yerin - göyün sakinləri,
Ölüb yaşayanlar,salam!