Elnur Uğur Abdiyev : - Bu gecə çarmıxa çəkilmiş İsa kimiyəm
jpg-1751621462.jpg)
Bu gecə çarmıxa çəkilmiş İsa kimiyəm,
İnsanlar çarmıxa,
Tanrı göyə çəkəcək sanki.
İçimdə bir təlatüm var ki,
Gözlərimin ləpədöyəninə qədər səsi rəqs edir.
Bu səs dalğalarının qucağında
Düşünürəm səni,
Ürəyim xatirələrinə bağlı mina basdırılmış ərazidir.
Xəritə səndə.
Sən gedəni,
Əllərim gəlmir qaldıram bir xatirəni.
Çoxdan öyrənmişəm sükuta,
Bu gecə qorxuram sükut da məni ata,
İçimdəki təlatümdə,
Xatirələrin boğula,
İçində boğulanlar üzə çıxmır axı bilirsən
Eh, mənim adam sevdam
Varsansa,varam.
Uğrunda çarmıxa çəkilmək,
Hansısa təlatümdə boğulub ölmək,
Yenidən dirilməkdir.