Əlizadə Nuri : - Uzaqlıq

Nə olsun, yanımdasan?-
Nə Rumdasan, nə Çində.
Ayrı şəhərlərdəyik
Eyni evin içində.
Elə soyumuşuq ki-
Gec əriyən qar kimi.
Bir dəryanın içində
Ayrı damlalar kimi.
Kök altına düşmüşük-
Kökdən düşmüş tarıq biz.
Bir-birinə bitişik
Uzaq adalarıq biz...