Ələddin Əzimli - QƏRİBƏLİK

bir qadın
ikinci qadın
daha bir qadın çıxdı səhnəyə
şeir deməyə
başladılar nəsə ürəkdən söyləməyə
ilk dəfəydi
eşidirdim bu şeirləri
ahəngini rəngini ritmini duya bilməsəm də
qulağım onlarda idi
hamı tək
yəni salondakılar kimi
duysam da duymasam da
eşidirdin onların səsini sözünü
şeirlər bitdi
bir neçə anlıq hamı fikrə getdı
ancaq birdən
alqışlar başladı
məndən başqa
əl çalırdı deyəsən hamı
dəqiq bilmirəm
çünki mən qapılmışdım özümə
niyə əlim çatmadi o ycalığa
ruhum o səsə
ürəyim o nəfəsə
bu qədər də yadlıq olar
quruyub qalmaq olar
belə çıxır ki
təzədən başlamalı
təzədən dinləməliyəm eşitdiklərimi
kökləməliyəm ruhumu bu deyilənlərə
səs sahibi o qadınlara
anlamaq üçün onları
oxumaq duymaq üçün yazılanları
bu qəribə yazarları...