"Əfv sərəncamını yüksək qiymətləndirir və əfv olunan şəxslərin ailələrinə gözaydınlığı verirəm”.- Tahir Rzayev, millət vəkiliu

Artıq hər kəsə bəlli olduğu kimi ,Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Bununla bağlı millət vəkili Tahir Rzayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb:
“Bu sərəncam dövlət başçısının humanizm prinsiplərinə sadiqliyinin və insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Artıq uzun illərdir ki, ölkə rəhbəri tərəfindən bir neçə əfv sərəncamı imzalanır və minlərlə insan azadlığa qovuşur. Bu qərarlar əfv olunan şəxslərin yenidən həyata qayıtmasına, cəmiyyətə inteqrasiya olunmasına şərait yaradır.
Qeyd etmək lazımdır ki, əfv olunan şəxslər arasında ağır cinayət törətməyən, həyatın çətinlikləri, müəyyən səhvlər və ya anlaşılmazlıqlar nəticəsində bu vəziyyətə düşən insanlar da var. Onların azadlığa qovuşması, ailələrinə və cəmiyyətə geri dönməsi böyük sevinc doğurur.
Bu gün əfv olunan şəxslər və onların yaxınları ölkə rəhbərinə dərin minnətdarlıqlarını ifadə edirlər.
Azadlığa buraxılan şəxslərin cəmiyyətə inteqrasiyası, məşğulluğunun təmin olunması, psixoloji dəstək almaları və həyatlarını yenidən qurmaqda dəstəklənmələri olduqca vacibdir. Belə şəxslərə qarşı cəmiyyətdə ayrı-seçkilik və ya önyarğı ilə yanaşmaq yolverilməzdir. Onlar da Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşlarıdır.
Bir vətəndaş kimi mən də bu əfv sərəncamını yüksək qiymətləndirir və əfv olunan şəxslərin ailələrinə gözaydınlığı verirəm”.