Bəhruz Niftəliyev : - SƏN!

Ədəbiyyat 12:09 / 27.06.2025 Baxış sayı: 1508

 

Ovucların qədər,

Saç ucların qədər,

Sevinclərin qədər

Bilirəm səni!

Nə yer qədər,

Nə göy qədər

Sən qədər

Sevirəm səni…

Sən qədər darıxıram,

Sən qədər baxıram bu dünyaya.

Sən qədər görürəm,

Sən qədər ölürəm, sənsizlikdən!

Ətrin hopub sinəmə,

Ətrin öpüb… sınama.

Bu dodaqda başqa dad,

Başqa da ad arama!

Nə təhərəm , nə deyim?

Sən qədərəm,

Sən qədərəm, sevdiyim!

26.06.2025