Bəhram Bilaloğlu: - Ruhlar qovuşduğu məkan kimiyəm...

Ədəbiyyat 22:10 / 20.07.2025 Baxış sayı: 3058

Ruhlar qovuşduğu məkan kimiyəm,

Dəyişməz qoynumda nə haqq,ədalət.

Torpağdan fərqliyəm,səma simiyəm,

İncələr, qırılmaz, eşqi məhəbbət.

 

Saxlayar nizamın yerdən göyəcən,

Neçə min mələklər seyr edər onu.

Hopan sevgilərin iliyinəcən,

Hurilər tərk etməz,səbr edər onu.

 

Bəşərə iz salan sözlər yazılar,

Qopar söz bağımdan,yetişən kimi.

Şirin yuxuların halı yozular,

Yaramın qatnağı bitişən kimi.

 

İfadə etməyi göylə bacardım,

Duyanlar bəlkə də,dərk edəcəklər.

Gələni ömürlük qəlbən qucardım,

Baxanlar sanardı tərk edəcəklər.