Aləmzər Sadiqqızı - Qorxma, mən səninləyəm!

Ədəbiyyat 09:18 / 04.07.2025 Baxış sayı: 1172

 

Bu Yer,bu Göy, bu da mən...

Təm-təkəm bu dünyada.

İşə bax yuxum da yox,

Kimsə gələ röyada...

 

Qəm də bitib İlahi,

Nəyin dərdini çəkim?

Ürəyim münbit torpaq,

Nə dərdin var ver əkim...

 

Göy sənindi Yer mənim,

Durum gəlim yanına...

Mürəkkəbin bitibsə,

Batır mənim qanıma...

 

Gəl ağlayaq o ki, var...

Sən məni, mən özümü.

Məni sıx ürəyinə,

Sənə deyim sözümü.

 

Qurban sənə bu Aləm,

Qoyma, dağılır aləm...

Əlindən gələni et...

Qorxma, mən səninləyəm!

4.7.2025.