Ağaevli Əli Hacı : - Sağlığımda gəlmədin

Sağlığımda gəlmədin,
Olumla danışasan !
Ölsəm,başın sağ olsun,
Ölümlə danışarsan !
Söyüd ağacına bax,
Arxamca dua kimi !
Keçmişi gözünə tax,
Gündəlik sual kimi !
Əlindən tut evinin,
Həyatının suyun ver !
Mən,taledən küsmüşəm
Zər tutan oyundu-yer !
Gözlərində yaş qurut,
Yansın şəklim istidən !
Dilindəki adımın,
Xətt çəkərsən üstündən !
Bahar sənin,qış mənim
İndi payız fəslidir !
Qışa qədər yaşamaq,
Özü bir təsəllidir !
Sağlığımda gəlmədin,
Olumla danışasan !
Ölsəm,başın sağ olsun,
Ölümlə danışarsan ...!