Adilə Nəzər: -Bax aldığım nəfəsə,..

·
***
Bax aldığım nəfəsə,
Gör necə ağırlaşıb.
Yoxluğunu çəkirəm
Sinəmə, yağırlaşıb.
İyul... gün lağımlanır,
Bir sən varsan yadımda.
Saz səsi yanğılanır
Sükut çökmüş odamda.
Ümidlər uzaqlaşıb
Ulduz, Aydı yaxında.
Xəyallar duman olur
Gecə aydınlığında.
Şəklin çıxır qarşıma
Gəl yat indi, gəl dincəl.
Susuram fəryadımı
Avazım gəldiyincə.
Qalır qələm götürüb
Kağız ilə danışmaq.
Səncə çətin olarmı
Yoxluğuna alışmaq?!
15.07.2025