Xəyalə Sevil : -Ürəyimin ən əziz...

Ürəyimin ən əziz
Yerindəsən ee... Bax daa.
Səni görmək də gözəl,
Səni xatırlamaq da.
... Dünyanın dilbilməzi
Gəlib tapır tez məni.
Gözündə böyüdürsən,
Gəl öyrədim, çöz məni.
Mən səni görən kimi
Tanımışam- özüdü.
Gələn ən gözəl səda
Ürək döyüntüsüdü.
Bir sən bilə bilmədin,
Dünya-aləm bildi ki.
Bəxtəvərsən, sevənin
Xəyalə Sevildi ki!