Şərafət Şəfa : - Mən sükutun pəncəsindən

Ədəbiyyat 12:20 / 14.07.2025 Baxış sayı: 1291

Mən sükutun pəncəsindən

Qurtarmaqçün nələrimi verməliyəm?!

Göz altına qırış səpib, illərimdən,

Saçlarıma ag dənimi səpməliyəm.

Ömür adlı agacımı budaq budaq

Gəzib hər bir yarpagına titrək əllə

Qəhərlənə qızıl xəzan səpməliyəm..

Bu ömürdü, ağ qaralı, göy, sarılı,

Bəzən sevinc, bəzən kədər, bəzən də ki,

İniltiylə qəlb incidib qəlb agrıdan göy agrılı...

Hissələrə bölüb ömrü paylamışam

Övladlara, validlərə, həm vətənə,

Dost-sirdaşa və kimlərə say almışam..

Mən ömrümün qürubunda bir sevdaya

Bəndlənərək öz ruhumu uçurmuşam.

Bu sevdanın yollarında gah düz gedib

Bir nabələd ovçu kimi gah azmışam.

İllər keçir, üz üzəyik susqun susqun,

Göylər açıq, alın açıq, ürək tutqun.

Nə qovuşduq, nə ayrıldıq,

Bu ömürmü biz yaşadıq?!!