Kəramət : - MƏNƏ ELƏ GƏLİR Kİ

YAZARLAR 19:18 / 17.07.2025 Baxış sayı: 1340

MƏNƏ ELƏ GƏLİR Kİ, İMZALARI, TARİXLƏRİ GÖTÜRMƏK LAZIMDI YAZILARDAN, ONA GÖRƏ YOX Kİ...MƏNİM ÜÇÜN İMZA VƏ TARİX HEÇ NƏ İFADƏ ETMİR, YAZININ-HADİSƏNİN ÖZÜ VAR, BU ŞEİRİ DƏ VİDADİNİN ÖLÜMÜNDƏN SONRA (1993 ?) YAZMIŞAM...AMMA FİKRİMİ ƏSASLANDIRMAĞA ÇALIŞACAĞAM...YƏNİ NİYƏ BELƏ DÜŞÜNÜRƏM

Özü qərib, qəbri qərib

Vidadi Məmmədov adlı birisinə

"Volçıy-vorot" məzarlığı,

kasıb bir qəbir...

qəbir üstə gül əvəzi

üç badə var

qara çörək, acı bibər,

bir tikə pendir...

Aralıda məzarçı

elə şövqlə qəbir qazır

Buğlanan torpağa baxıb

adamın ölməyi gəlir.

Üç badə var,

Sağlıq deyir bir nəfər

"Vəsiyyət eləmişdi:

- Qəbrimin üstündə yeyib-içərsiz

Bəlkə ruhum dincələ".

Qaldı qəbir üstündə

Üç badə üç gül kimi,

bomboş araq şüşəsi

balaca baş daşıydı.

Gələndə üç nəfərdilər

Gedəndə dörd oldular