İSMAYIL MƏRCANLI İMANZADƏ : - KEÇ

Sözlə yol çəkim sənə,
Sinəm üstən adla, keç.
Bircə dəfə dönüb bax,
Ürəyimi odla, keç.
İstəsən bir də gəlmə,
Heç dərdimdən də ölmə!
Şirinləş kəlmə-kəlmə,
Misra-misra dadla keç!
Bir az nəfəsini dər,
Səbrini süfrətək sər.
İşdi, yorulsan əgər,
Dizlərini qatla, keç!
Eşqin göyərəsi dən,
Öz vaxtını gözlə sən!
Məndən keçmək istəsən
Gecikmə... urvatla keç!..
10.07.2022