Əlirza HƏSRƏT : - MƏN TƏRSİNƏ OXUNAN SON ŞƏRQİYƏM
jpg-1748194342.jpg)
Göylərdəsən,qapını da yox döyən,
Mən qulunan,mələklər sənin yiyən.
Mən tərsinə oxunan son şərqiyəm,
Ömrüm-günüm,sən də nəqarət yerim.
Günəşlə bir oyanırsan hər səhər,
Tamaşana dayanır bütün şəhər.
Ürəyimi alıb gedən bəxtəvər,
Halal olsun sənə bu qarət yerim.
Bilirdinmi,ay könlümün əlacı,
Gözəllikdə əlaçısan,əlaçı.
İkimizə bu şeir bir eşq tacı,
Ayrılıqmış hayıf,bəraət yerim.