Bəhruz Niftəliyev - Akdəniz axşamlarına dözümüm yox,

Akdəniz axşamlarına dözümüm yox,
Gündüzüylə baş qatıram.
Sən yoxsan deyə bir təhər günümü gün edir,
Səhərimi başlayıram!..
Səni xoşlayıram, Marmaris,
Yarım daha gözəldi.
Yaşılın, mavin ruhuma müjdə,
Amma sevgim,
Amma həsrətim
Səndən üstə, daha özəldi!
Darıxıram…
Darıxıram Bakım üçün,
Anam, atam , ta kim üçün?..
Darıxıram, Marmaris!
Bu od, sərin suları,
Bu yad, dərin suları,
Bura sənin suların
Xəzərimə gedəm mən!
Daha necə edəm mən?
Anlayasan,
Darıxıram…
17.07.2025
Marmaris