Ağaevli Əli Hacı : - YERİDİM

Yeriməyə qoymadılar,
Od içində köz yeridim !
Ayaqlarım yol bilmədi,
Yaxın,uzaq göz yeridim !
Haqqa açıq qaldı qapım,
Mənimə yol saldı qapım!
Ağa,ağsaqqaldı qapım
Ağrılara düz yeridim !
Kəsdilər əlim olmadı,
Yel yedi,külüm olmadı !
Bu ölüm,ölüm olmadı
Kitab-kitab söz yeridim !